Azərbaycanın cizgi filmi beynəlxalq mükafat qazandı

Posted by admin on 01.04.2013 in СМИ


Azərbaycanın cizgi filmi beynəlxalq mükafat qazandı

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasında çəkilən “Təmiz, natəmiz və biz” cizgi filmi XVI “Qızıl balıq” Beynəlxalq Cizgi Filmləri Festivalında mükafata layiq görülüb.

Cizgi-Filmleri

Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən bildiriblər. Məlumata görə, Azərbaycanı təmsil edən bu cizgi filmi səkkiz ölkə nümayəndələrindən ibarət münsiflər heyətinin rəyi ilə “Yüksək peşəkarlığa görə” mükafat qazanıb. Filmin ssenari müəllifi Gülşən Tofiq qızı, rejissoru Firəngiz Qurbanova, animatorlar Zemfira və Cavid Əhədovlar, bəstəkar Firudin Allahverdidir. “Qızıl balığ”ın bu ilki proqramında 80 yaxın film iştirak edib.

 

http://news.lent.az/news/74735

 

Метки: ,

Комментарии закрыты.
Все права защищены (с) 2013 - Официальный веб-сайт писателя-прозаика Гюльшан Тофик гызы
Без письменного разрешения автора, копирование информации, а также заимствование фрагментов текстов для корпоративных целей, использования в Интернет, печатных или электронных СМИ, запрещено.